Məşhur amerikalı aktyor vəfat etdi

Məşhur amerikalı aktyor vəfat etdi Dünya

Məşhur amerikalı aktyor Robert Düvall 95 yaşında vəfat edib.

News24.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Aktyorun Virciniya ştatındakı evində bazar günü dünyasını dəyişdiyi bildirilib. Məlumat həyat yoldaşı Lusiananın adından yayılan açıqlamada təsdiqlənib.

Kinosevərlərin yaddaşında daha çox “The Godfather” (“Xaç atası”) və “Apocalypse Now” (“Apokalipsis bu gün”) filmlərindəki rolları ilə qalan Düvall altı dəfə “Oskar” mükafatına namizəd göstərilib.

O, 1983-cü ildə “Tender Mercies” filmində uğursuz kantri müğənnisini canlandırdığı rola görə “Ən yaxşı kişi rolu” nominasiyasında “Oskar” mükafatını qazanıb.