Məşhur müğənni dediyi sözlərə görə üzr istədi

Məşhur müğənni dediyi sözlərə görə üzr istədi Dünya

İspaniyalı müğənni Rosaliya rəssam Pablo Pikasso haqqında dediyi sözlərə görə tənqid edildikdən sonra üzr istəyib.

News24.az xəbər verir ki, müğənni argentinalı yazıçı Mariana Enrikeslə müsahibə zamanı Pikassonun əsərlərini çox sevdiyini, amma onun şəxsi həyatı ilə maraqlanmadığını demişdi. Bu sözlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub və bir çox insan tərəfindən tənqid edilib.

Bundan sonra Rosaliya sosial şəbəkə hesabında video paylaşaraq izləyicilərindən üzr istəyib. O bildirib ki, sözlərinin belə qəbul olunmasını istəməyib və dediklərindən narazıdır.