“Müharibə davam edəcək” – Rezayi

“Müharibə davam edəcək” – Rezayi Dünya

"Müharibə İranın bütün şərtləri yerinə yetirilənədək davam edəcək".

News24.az xəbər verir ki, bunu İranın Məsləhət Şurasının üzvü Möhsün Rezayi deyib.

Onun sözlərinə görə, Tehran müharibə səbəbindən dəyən zərərin tam ödənilməsini, sanksiyaların ləğvini, ABŞ-nin İranın daxili işlərinə qarışmayacağına və hücumu təkrarlamayacağına zəmanət verməsini tələb edir.

Rzayi bildirib ki, ölkənin infrastrukturuna yenidən hücumlar baş verərsə, cavab tədbirləri sərt olacaq.