Məşhur aktyora ŞOK İTTİHAM: onu "hərbi cinayətkar" adlandırdılar
Dünya
Ağ Ev dünya şöhrətli amerikalı aktyor Corc Klunini "hərbi cinayətkar" adlandırıb.
News24.az xəbər verir ki, mübahisəyə səbəb aktyorun ABŞ Prezidenti Donald Trampın İranla bağlı fikirlərini tənqid etməsi olub.
"Əgər kimsə bütöv bir sivilizasiyanı məhv edəcəyini deyirsə, bu, hərbi cinayətdir", – Kluni deyib.
Ağ Evin kommunikasiya direktoru Stiven Çeunq aktyorun bu sözlərinə cavab olaraq bildirib:
"Dünyada hərbi cinayət törədən bir insan varsa, o da elə Corc Kluni özüdür – özünün dəhşətli filmləri və yararsız aktyor oyunu ilə".
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp İrana danışıqlar üçün verdiyi müddətin sona çatdığını və həmin gecə bütöv bir sivilizasiyanı məhv edəcəyini açıqlayıb. (The Guardian)