Milyarderin həbs müddəti uzadıldı
Dünya
Moskvanın Meşçanski Məhkəməsi rusiyalı milyarder və "Rusaqro" kənd təsərrüfatı holdinqinin təsisçisi Vadim Moşkoviçin həbs müddətini uzadıb.
News24.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Moşkoviç noyabrın 25-dək həbsdə qalacaq. O, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Aqil Qarayev