Miqrant qayığı batdı: Ölən və itkin düşənlər var
Dünya
İzmirin Foça rayonu sahillərində miqrantları daşıyan qayıq batıb.
News24.az xəbər verir ki, məlumata görə, qayıqda olan şəxslər qanunsuz yollarla ölkəni tərk etməyə çalışıblar. Hadisə yerinə sahil mühafizəsinin helikopteri və xilasedici qayıqları cəlb olunub.
Axtarışlar nəticəsində 3 nəfərin meyiti tapılıb, 33 nəfər isə xilas edilib.
Xilas edilən şəxslərin verdiyi məlumata əsasən, daha 4 nəfərin dənizdə itkin düşdüyü ehtimal olunur.