Miras üçün atasını partlatmaq istədi
Dünya
Türkiyədə miras üçün atasını öldürməyə cəhd edən şəxsə hökm oxunub.
News24.az xəbər verir ki, hadisə 2 il öncə Mardinin Mazıdağı rayonunda baş verib.
Məlumata görə, Polat adlı şəxs atasını partlayıcı ilə öldürməyə cəhd edib.
Məhkəmədə çıxış edən ata isə oğlundan şikayətçi olmadığını, oğlunun onu öldürmək istəmədiyini bildirib.
Atanın ifadəsinə rəğmən, məhkəmə oğula “qəsdən öldürməyə cəhd” və “təhlükəli maddələrin icazəsiz saxlanılması və ya əl dəyişdirilməsi” cinayətlərinə görə 17 il 6 ay, cinayətdə iştirak edən digər şəxslərə isə 17 il 4 ay və 13 il 4 ay həbs cəzası verib. /CNN türk/