“Məktəblilərimiz Azərbaycanla sərhəddən 50 metr məsafədə dərsə gedir”

“Məktəblilərimiz Azərbaycanla sərhəddən 50 metr məsafədə dərsə gedir” Dünya

“Bu gün Ermənistan və Azərbaycan arasında sülh mövcuddur və bu sülh artıq kifayət qədər möhkəm hüquqi əsaslara malikdir”.

News24.az xəbər verir ki, bu sözləri Ermənisanın baş naziri Nikol Paşinyan deyib.

“Sülh mütləq hüquqi qüvvəyə malikdir. Mən delimitasiya üzrə komissiyaların fəaliyyətini tənzimləyən reqlamenti nəzərdə tuturam ki, bu da Ermənistan Respublikası ilə Azərbaycan arasında imzalanmış ilk ikitərəfli beynəlxalq müqavilədir. Bu gün Kirants kəndinin məktəbliləri Azərbaycan sərhədindən cəmi 50 metr məsafədə dərsə gedir, 30 metr məsafədə isə futbol oynayırlar. Bax, sülh budur! Sülh həm də odur ki, artıq 2 ildən çoxdur Ermənistan və Azərbaycan arasında atışmalar nəticəsində nə həlak olan, nə də yaralanan var.

Əgər bu dövrdə Azərbaycan dəmir yolunun Ermənistan üçün açılması kimi tarixi hadisə baş verməsəydi, Hörmüz boğazı ətrafında yaranmış böhran Ermənistan vətəndaşları və iqtisadiyyatı üçün həm neft məhsullarının qiymətləri, həm inflyasiya, həm də tədarük baxımından daha ciddi şəkildə hiss olunardı” – deyə Paşinyan bildirib. /News.am