"Məndən qurtulmaq istəyirsiniz?" – Zelenskidən tərəfdaşlara sərt mesaj
Dünya
“Seçki keçirmək istəyirsiniz, yoxsa məndən qurtulmaq?”
News24.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “BBC”yə müsahibəsində tərəfdaş ölkələri ədalətli və legitim seçkilər üçün zəruri şəraiti təmin edə bilməməkdə qınayıb.
Onun sözlərinə görə, seçkilərin nəticələri yalnız Avropada deyil, Ukrayna cəmiyyətində də qəbul olunmalıdır. Buna isə əsas maneə davam edən müharibədir. Prezident bildirib ki, müharibə şəraiti mümkün seçki prosesinin legitimliyini ciddi şəkildə sual altına alır.
“Əminəm ki, bu yarımildə onlar yenə hansısa yeni ideya düşünəcəklər. Sizin dediyiniz kimi, əgər yolunuzda sizə mane olan birindən qurtulmaq istəyirsinizsə, bunun üçün heç olmasa aydın bir qanunverici yol tapın”, – deyə Zelenski vurğulayıb.