Moldovada seçkilər ləğv olundu - SƏBƏB

Moldovada seçkilər ləğv olundu - SƏBƏB Dünya

Moldovanın Qaqauz Muxtar Vilayətinin hakimiyyəti iyunun 21-nə təyin olunmuş Xalq Məclisi (parlament) seçkilərini ləğv edib.

News24.az xəbər verir ki, bu barədə Parlamentin vitse-spikeri Georgiy Leyçu məlumat verib.

Seçkilərin ləğv olmasına səbəb kimi rəsmi Kişinyovun yaratdığı maneələr səbəbindən hazırlaşmağa vaxtlarının olmayacağı iddia edilib.

“21 iyunda seçkilər baş tutmayacaq. Bu, qəti faktdır, bütün müddətlər artıq keçib. Hətta nəzəri olaraq təsəvvür etsək ki, Kişinyov seçkilərin keçirilməsinə mane olmağı dayandırır, yenə də biz vaxtında hazırlaşa bilmərik”, – deyə Leyçu bildirib.

Onun sözlərinə görə, yeni tarix rəsmi Kişinyovla danışıqlar başa çatdıqdan sonra müəyyən ediləcək.