Moskvada avtomatla şəhəri bir-birinə qatdı - ŞOK HADİSƏ
Dünya
Məşhur bloger Eva Piloyanın qardaşı Moskvada barlardan birində atəş açıb.
News24.az "SHOT"a istinadən xəbər verir ki, o, bardan qovulduğu üçün qisas alıb.
Cənubi Butovodakı “On the Moon” barında münaqişə sentyabrın 11-nə keçən gecə baş verib. 34 yaşlı Artur Venevskaya küçəsindəki karaoke barında dincəlirmiş. Həmin gün o, bir az çox spirtli içki qəbul edib, digər qonaqlarla mübahisə edib. Mühafizəçilər oğlandan barı tərk etməsini istəyib, lakin o, mübahisə etməyə başlayıb və kişi zorla binadan çıxarılmalı olub.
Lakin Artur buna dözə bilməyib qisas almaq qərarına gəlib. Həmin şəxs “Land Rover” markalı avtomobilindən karabin tüfəngini götürərək bara atəş açıb. Müşahidə kameralarına görə, müəssisənin mühafizəçisi güllələrdən möcüzəvi şəkildə xilas olub. Polis atəş açan şəxsi saxlayıb. Artıq şöbədə onun şəxsiyyəti məlum olub - o, bloger Artur Maşuryan olub, sosial şəbəkələrdə onun 60 minə yaxın abunəçisi var.
Onun bacısı internetdə də məşhurdur. Eva Piloyanın İnstaqramda 1,7 milyon izləyicisi var.