Moskvada internet məhdudlaşdırılacaq - SƏBƏB
Dünya
Rusiyanın paytaxtı Moskva şəhərində 9 May Qələbə Günü tədbirlərinin keçirilməsi ilə əlaqədar mobil internet, o cümlədən SMS xidmətləri tamamilə müvəqqəti məhdudlaşdırılacaq,
News24.az xəbər verir ki, bu barədə Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi bildirib.
“Rəqəmsal İnkişaf Nazirliyi bildirir ki, 7–8 may tarixlərində Moskvada mobil internetin söndürülməsi və ya məhdudlaşdırılması planlaşdırılmır. Bununla belə, birbaşa təhlükəsizlik təhdidi yarandıqda operativ məhdudiyyətlər tətbiq oluna bilər”, – deyə məlumatda qeyd olunub.
“Eyni zamanda, 9 May Qələbə Günü tədbirlərinin təhlükəsizliyinin təmin edilməsi üçün Moskvada mobil internetə, o cümlədən “ağ siyahı”dakı saytlara çıxışa və SMS mübadiləsi xidmətlərinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq”, – deyə qurum əlavə edib.
Rəqəmsal İnkişaf Nazirliyi ayrıca qeyd edib ki, ev interneti və Wi-Fi normal rejimdə, heç bir məhdudiyyət olmadan işləməyə davam edəcək. /İnterfax/