"Moskvadan imtina edib, amerikalılarla görüşür" - Zaxarovadan Qriqoryana münasibət
Dünya
“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iş qrafikinin çoxluğuna görə MDB ölkələrindən olan həmkarları ilə görüş üçün Moskvaya uçmaqdan imtina edib. Sonra məlum oldu ki, o, ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə müşaviri Lui Bono ilə görüşüb”
News24.az “News.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Zaxarova İrəvanın siyasəti barədə müstəqil nəticə çıxarmağa çağırıb:
“Qriqoryan bir tərəfdən hazırlaşırdı, sonra dedi ki, iş qrafiki çox olduğundan uça bilməz. Sonradan məlum oldu ki, o, İrəvanda Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri ilə görüşüb. Özünüz nəticə çıxarın”.
O, həmçinin qeyd edib ki, MDB ölkələrinin təhlükəsizlik şuraları katiblərinin Moskvada keçirilən iclasında Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan da iştirak edib və “səviyyəni Ermənistan özü müəyyən edir”.
Qeyd edək ki, Qriqoryanın MDB ölkələrindən olan həmkarları ilə görüşdə iştirak etməyəcəyini onun mətbuat katibi Tatevik Petrosyan açıqlayıb. Petrosyan bu qərarın səbəblərini açıqlamayıb.
Ayşən