"Moskvaya hücumları dayandırırıq" – Zelenski
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski üç gün ərzində Silahlı Qüvvələrin Moskvaya zərbə endirməyəcəyinə söz verib.
News24.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner sabah Kiyevə səfər edəcək. Nümayəndələrin Zelenski ilə görüşü planlaşdırılır. Bu gün isə Uitkoff və Kuşner Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəklər.
"Elə indicə ABŞ nümayəndələri ilə danışdım. Bu gün onlar Rusiya tərəfi ilə danışıqlara başlayırlar. Bu dəqiqədən etibarən şəhərlərə zərbələri dayandırmağa hazırıq. Bu dəqiqədən etibarən bazar ertəsinin sonuna qədər Ukrayna Moskvaya hücumları dayandırır və ümid edirik ki, ruslar da Kiyevə hücumu dayandıracaqlar", – Zelenski özünün sosial media hesabında yazıb.
Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin də sentyabrın 8-nə qədər Kiyevə zərbələri dayandırması barədə açıqlama verib.