Mühafizəçilərini güllələyən məşhur reper klinikaya yerləşdirildi
Dünya
Rusiyalı reper Ciqan evində işləyən mühafizəçilərə atəş açdıqdan sonra İsraildəki reabilitasiya klinikalarından birində müalicə aldığı bildirilir.
News24.az xəbər verir ki, klinikada müalicənin baza kursunun qiyməti təxminən 2 milyon rubl təşkil edir.
Məlumata görə, hadisə iyul ayında baş verib. Ciqan Rusiyadakı evində pnevmatik tüfənglə öz mühafizəçilərinə atəş açıb. Hadisə nəticəsində mühafizəçilərdən biri əlindən və ayağından yaralanıb.
Şahidlərin sözlərinə görə, müğənni hadisə zamanı sərxoş vəziyyətdə olub və ətrafındakı hər kəsi düşmən hesab edib.
Hadisə reperin uşaqlarının gözü qarşısında baş verib. Uşaqlar gizlənərək anaları Oksana Samoylovaya zəng ediblər.
Samoylova hadisədən xəbər tutduqdan sonra İtaliyadan təcili şəkildə Moskvaya gəlib.
Ciqan zərərsizləşdirilərək müalicə üçün İsrailə göndərilib. Hadisə zamanı xəsarət alan mühafizəçilərin isə polisə ərizə ilə müraciət etmədiyi bildirilir.