"Müharibə bitib"

"Müharibə bitib" Dünya

ABŞ prezidenti Donald Tramp bildirib ki, İrana qarşı hərbi əməliyyatı yenidən başlatmaq niyyətində deyil.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Trampdan müsahibə alan jurnalist Mariya Bartiromo məlumat verib.

“Mən ondan müharibənin bitib-bitmədiyini soruşdum və o cavab verdi: “Bitib””, — deyə jurnalist “X” sosial şəbəkəsində paylaşdığı qısa videoda bildirib.