Müharibə bütün regiona yayıla bilər - Rusiyadan XƏBƏRDARLIQ
Dünya
Rusiya xəbərdarlıq edir ki, hazırkı Qəzza böhranının “region miqyasında münaqişəyə çevrilməsi” riski realdır.
News24.az “Əl-Cəzirə” xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Birləşmiş Ştatları BMT-nin atəşkəsə çağıran qətnaməsinə veto qoymasına görə tənqid edib.
Onun sözlərinə görə, bu, indi münaqişənin böyüməsinə səbəb ola bilər.
“Biz yenə də hər şeyi İranın üzərinə atmaq cəhdlərinin şahidi oluruq. Biz bu ittihamları kifayət qədər təxribatçı hesab edirik. İran rəhbərliyi məsuliyyətli, balanslı mövqe tutur və bu münaqişənin bütün regiona – qonşu ölkələrə yayılmasının qarşısını almağa çağırır”, - Lavrov bildirib.
Qan tökülməsini dayandırmağın yolları ilə bağlı sualı cavablandıran Lavrov deyib ki, BMT Təhlükəsizlik Şurasının bütün tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağıran qətnaməsi irəliyə doğru ən yaxşı yoldur.
“Perspektivlər nədir? Güman edirəm ki, maraqlı dövlətlərlə məsləhətləşmələr davam edəcək. Misir təşəbbüsü öz üzərinə götürür. Biz hamımız istərdik ki, Qəzza zolağında deeskalasiya olsun”, - Rusiya XİN rəhbəri qeyd edib.
Akqabay