"Müharibə ilə bağlı bütün ssenarilərə hazırıq"
Dünya
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin müharibə ilə bağlı bütün mümkün ssenarilərə hazır olduğunu bildirib.
News24.az xəbər verir ki, nazir bu açıqlamanı Almaniyanın xarici işlər naziri Johann Vadephul ilə görüşdən sonra keçirilən mətbuat konfransında verib.
Hakan Fidan qeyd edib ki, Türkiyə İranda vətəndaş müharibəsini alovlandırmaq, etnik və dini qarşıdurmaları qızışdırmaq istəyən hansısa plana qarşıdır. Onun sözlərinə görə, Türkiyə bölgədə sabitliyin qorunmasını vacib hesab edir.
Hakan Fidan həmçinin bildirib ki, NATO Avropa təhlükəsizliyinin əsas dayaqlarından biridir və Türkiyə müharibəni dayandırmaq üçün səylərini davam etdirir. Bundan əlavə, Almaniyanın ölkəsinin Avropa İttifaqına üzvlük prosesinə dəstək verməsini gözlədiyini vurğulayıb.