Müharibə Rusiyanın ərazisinə keçir? - ŞƏRH
Dünya
Rusiya-Ukrayna müharibəsi davam etdikcə Qərbin də dəstəyilə Ukraynanın hərbi əməliyyatları Rusiyanın ərazisinə istiqamətləndirə biləcəyi ehtimalları artır.
News24.az xəbər verir ki, hazırda bir sıra siyasi analitiklər bu ehtimalın üzərində düşünür.
Onların bir qismi bu versiyanı dəstəkləsə də, həmin variantın reallaşacağına inanmayanlar da az deyil.
Siyasi şərhçi Giorgi Qoqua hesab edir ki, buna səbəb Ukrayna ordusunun bir sıra parametrlərinə görə geriləməsidir:
“Ukraynanın indiki mərhələdə hərbi əməliyyatları Rusiya ərazisinə keçirəcəyi ehtimalı azdır. Ukrayna ordusu Rusiyanın sərhədləri daxilində genişmiqyaslı hərbi əməliyyat keçirməyə qadir deyil. Hazırda baş verənlər lokal taktiki əməliyyatdır. Məqsəd də Qərbin dəstəyi ilə bağlı problemlərin fonunda qarşı tərəfin logistik-təchizat şəbəkələrini məhv etməkdir. Bir məsələ də var ki, Ukrayna ordusunda korrupsiya və tərəfdaşların göndərdiyi silah-sursatın satışı və korrupsiya halları var. İndi ən aktual mövzu budur ki, Ukraynanın qələbə qazanmaq şansı getdikcə azalır”.
Fərid Azəri