Münxendə qeyri-adi "qarşıdurma": insanlar bir-birinə, görün, nə atdılar
Dünya
Almaniyanın Münxen şəhərinin mərkəzində güclü qar yağışından sonra yüzlərlə insan kütləvi şəkildə qartopu “döyüşü” təşkil edib.
News24.az xəbər verir ki, aksiyada təxminən 300 nəfər iştirak edib. “Qarşıdurma” yarım saat davam edib və təhlükəli insident qeydə alınmayıb.
Qeyd olunur ki, tədbirə səbəb “Instagram” sosial şəbəkəsində edilən çağırış olub. Münxenli gənc aktyor “ən böyük qartopu döyüşü” keçirməyi təklif edib. Paylaşım 31 mindən çox bəyənmə toplayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, lakin vəziyyətə müdaxilə etməyə ehtiyac yaranmayıb.