Mutasiya olunmuş yeni qrip dünyada təşviş yaradır: Alimlərdən qorxulu açıqlama

Mutasiya olunmuş yeni qrip dünyada təşviş yaradır: Alimlərdən qorxulu açıqlama Dünya

İyun ayında ortaya çıxan yeni H3N2 qrip ştammı Şimal yarımkürəsində sürətlə yayılır.

News24.az xəbər verir ki, qlobal səhiyyə mütəxəssisləri ciddi xəbərdarlıq edərək, bu il erkən başlayan və ağır keçən qrip mövsümünün bir çox ölkədə xəstəxanaları doldurduğunu bildiriblər.

Kanada, Böyük Britaniya və Yaponiyada peyvənd proqramları başlasa da, qripə yoluxma halları kəskin artmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatının Tənəffüs Təhlükələri Bölməsinin rəhbəri Venqinq Zhang qeyd edib ki, yeni ştamm çox sürətlə yayılır və artıq bəzi ölkələrdə dominant hala gəlib.

Mütəxəssislərin məlumatına görə, yeni H3N2 ştammı yay ayları ərzində builki qrip peyvəndindəki variantdan fərqli olan yeddi mutasiya qazanıb. Böyük Britaniya Milli Səhiyyə Xidmətinin rəhbəri Ceyms Makki “ölkə çətin qışa doğru gedir” sözləri ilə vəziyyətin ciddiliyinə diqqət çəkib.

Kanadada da oxşar mənzərə müşahidə olunur. Yaponiyada isə görülməmiş dərəcədə erkən qrip mövsümü səbəbindən 2300-dən çox məktəb və uşaq bağçası qismən bağlanıb. Tokioda yoluxma halları ötən illə müqayisədə altı dəfə artıb.

Viroloq Angela Rasmussen vəziyyəti narahatedici adlandırıb. ABŞ-də isə hökumətin fəaliyyətinin dayandırılması səbəbindən Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri sentyabrın 26-dan bəri milli qrip məlumatlarını paylaşmır.