NASA-ya yazılan bu məktub gündəm oldu – FOTOLAR
Dünya
10 yaşlı Kaela ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinə (NASA) məktub yazıb.
News24.az xəbər verir ki, azyaşlı məktubunda Plutona yenidən planet statusu verilməsini rica edib.
"O, balaca planetdir və əsl planet olmağa layiqdir. Bu, bir çox insanı xoşbəxt edəcək", – Kaela yazıb.
Məlumata görə, agentlikdən qızın məktubuna cavab gəlib: "Biz bu məsələni araşdıracağıq". (UNİAN)