NATO 2027-2031-ci illər üçün maliyyə planını TƏSDİQLƏDİ
Dünya
NATO üzv ölkələri 2027-2031-ci illəri əhatə edən Birgə Maliyyələşdirmə Resurs Planını təsdiqləyib.
News24.az xəbər verir ki, Alyans plan çərçivəsində 2027-ci il üçün birgə maliyyələşdirmənin həcminin 6,5 milyard avroya çatdırıldığını açıqlayıb.
Bundan əlavə, NATO 27 milyard avroluq investisiya hesabına yanacaq təchizatı infrastrukturunun modernləşdirilməsini və Ukraynaya dəstəyin davam etdirilməsini də nəzərdə tutur.