NATO liderlərini TOGG daşıyacaq – Ankarada xüsusi limuzinlər hazırlandı – FOTOLAR
Dünya
Ankarada keçiriləcək NATO Zirvəsi ərəfəsində hazırlıq işləri davam edərkən, Türkiyənin yerli və milli avtomobili TOGG T10X modelinin xüsusi dizayn edilmiş limuzin versiyaları rəsmi protokol avtomobil parkına daxil edilib.
News24.az xəbər verir ki, Ankaradakı "ATO Congresium" binasının qarşısında nümayiş etdirilən 10 limuzin arasında qırmızı-ağ rəngli modellərlə yanaşı, firuzəyi çalarlar və milli naxışlarla bəzədilən xüsusi dizaynlı avtomobillər də yer alıb.
Məlumata görə, hazırlanan avtomobillər zirvə məkanında qısa məsafəli daşınmalarda istifadə olunacaq və saatda təxminən 50 kilometr sürətlə hərəkət edəcək.
Avtomobillərin əvvəlcədən müəyyənləşdirilmiş protokol marşrutları üzrə nəzarət altında xidmət göstərməsi nəzərdə tutulur.