İndoneziyada güclü zəlzələ: ölənlərin sayı artdı – YENİLƏNDİ

İndoneziyada güclü zəlzələ: ölənlərin sayı artdı – YENİLƏNDİ Dünya

İndoneziyada baş verən güclü zəlzələ zamanı ölənlərin sayı 47 nəfərə yüksəlib.

News24.az xəbər verir ki, bu barədə ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi (BNPB) məlumat yayıb.

Qurumun məlumatına görə, 6 nəfər yaralı xilas edilib. Dağıntılar altında qalanların da xilas edilməsi istiqamətində işlər aparılır.

Episentrə yaxın Naqekeo ərazisində zəlzələ nəticəsində torpaq sürüşməsi qeydə alındığından həmin bölgəyə xilasedicilər hələ ki girə bilməyib. Ərazidə evlərə, anbarlara və dövlət binalarına ziyan dəyib. Bir sıra yaşayış məntəqələrində elektrik enerjisi kəsilib və yollarda tıxac yaranıb.

Təhlükə bölgələrdən 2 minədək insan təxliyə olunub.

Xatırladaq ki, İndoneziyada zəlzələ səhər saatlarında baş verib. Yerlatı təkanların gücü 7,7 bala bərabər olub. Ardınca sunami həyəcanı elan edilsə də, bir neçə saat sonra təhlükə barədə xəbərdarlığı ləğv edib.

***11:06

İndoneziyada baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində 5 nəfər ölüb.

News24.az xəbər verir ki, zəlzələ nəticəsində yaşayış və dövlət binaları zədələnib.

Şərqi Nusa-Tenqara əyalətinin qubernatoru ölənlərin uçmuş binaların dağıntıları altında qaldığını bildirib.

Qeyd edək ki, zəlzələdən sonra çoxsaylı afterşoklar qeydə alınıb.