Nəhəng qızıl yatağı aşkarlandı - Bu ölkədə
Dünya
Çinin şimal-şərqində yerləşən Liaonin əyalətində ölkənin ən iri aşağı keyfiyyətli qızıl yatağı aşkar edilib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Təbii Resurslar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tapılan qiymətli metalı ehtiyatı 1,44 min ton təşkil edir.
Mədənin uzunluğu 3,1 min kilometr, dərinliyi isə 115–913 metr arasında dəyişir.
Metalın orta qalınlığı 263 metr, maksimum qalınlığı isə 513 metr təşkil edir. Orta qızıl konsentrasiyası isə hər ton üçün 0,56 qramdır.
Qeyd olunub ki, bu kəşf Liaonin əyalətində dünya səviyyəli qızıl hasilatı bazasının yaradılması baxımından böyük əhəmiyyət kəsb edir.
Layihənin həyata keçirilməsi Çinə strateji qızıl ehtiyatlarını artırmağa imkan verəcək.