Netanyahudan İranla bağlı açıqlama

Netanyahudan İranla bağlı açıqlama Dünya

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ administrasiyasına bildirib ki, İranın nüvə proqramının dayandırılması ilə bağlı razılaşması kifayət etməyəcək.

News24.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Mənbələr həmçinin bildiriblər ki, İsrail İranla müharibənin mümkün eskalasiyası üçün müxtəlif variantları, o cümlədən enerji obyektlərinə zərbələri müzakirə edib və danışıqların uzadılmamalı olduğunu əlavə ediblər.

Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Yaxın Şərqdə müharibənin dayandırılması ilə bağlı son təklifinə İranın cavabını bu axşama qədər gözləyir.