Netanyahudan Putinin vasitəsilə Tehrana mesaj
Dünya
Netanyahu Putinin vasitəsilə Tehrana İsrailin İrana hücum etməkdə maraqlı olmadığı mesajını çatdırıb.
News24.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, Qüds İranın İsrailin mümkün hücumlarını qaçılmaz hesab edərək ilk zərbəni endirəcəyindən ehtiyatlanır.
Daha öncə də Netanyahu Vaşinqtonda İsrail Müdafiə Qüvvələrinin İrana zərbələr endirməsi ehtimalı barədə danışmışdı. Rusiya Xarici İşlər Nazirliyi bu eskalasiyanı dayandırmağa çağırmışdı.