NETANYAHUDAN ÜÇ KRİTİK ŞƏRT - VİDEO

NETANYAHUDAN ÜÇ KRİTİK ŞƏRT - VİDEO Dünya

İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada hərbi əməliyyatların dayandırılması üçün üç şərt açıqlayıb.

RTV-nin “Times of Israel”ə istinadən xəbərinə görə, bu barədə onun özü bildirib. 

O, bildirib ki, hərbi əməliyyatların dayandırılması üçün HƏMAS-ın bütün hərbi birləşmələri məhv edilməli, girovlar azadlığa buraxılmalı, Qəzza sektoru isə təhlükəsiz yaşayış məntəqəsinə çevrilməlidir. Hökumət rəhbəri qarşı tərəfdən hər hansı şərtin qəbul edilməyəcəyini söyləyib. 

Netanyahu fələstinli məhbusların azad olunacağı ilə bağlı xəbərləri də təkzib edib. 

Qeyd edək ki, indiyədək aparılan hərbi əməliyyatlarda HƏMAS-ın tabeliyindəki 24 hərbi birləşmədən 17-di zərərsizləşdirilib. 

Fərid Azəri