Netanyahuya içərisində təhlükəli maddə olan zərf göndərildi

Netanyahuya içərisində təhlükəli maddə olan zərf göndərildi Dünya

İsrail Baş naziri Binyamin Netanyahunun ofisi şübhəli zərf aşkar edib.

News24.az xəbər verir ki, zərfdə naməlum maddə olan ampulalar olub.

"Ynet" xəbər portalı ofisin məsul şöbəsinə istinadən bildirib ki, zərfi açanların həyatına heç bir təhlükə yoxdur. Zərf müayinə üçün laboratoriyaya göndərilib.

"Bild" qəzetinin məlumatına görə, hökumət sözçüsü hadisəni təsdiqləməkdən imtina edib.

İsrail polisi də hələlik ampulalar haqqında yayılan xəbərlərə münasibət bildirməyib. (Teleqraf)