Niderlandda qeyri-adi tapıntı: Dartanyanın skeleti aşkarlandı – FOTO
Dünya
Niderlandda qeyri-adi tapıntı aşkar edilib.
News24.az xəbər verir ki, Dartanyana aid olduğu ehtimal edilən skeletlər tapılıb.
Söhbət Şarl de Bats de Kastelmordan gedir, yəni qraf Dartanyandan – Fransa Kralı XIV Lüdovikin yaxın adamı və muşketyorların komandiri.
Yerli KİV-in iddiasına görə, skelet Maastrixt kilsəsində tapılıb. Dartanyan məhz bu şəhərin müharisəi zamanı həlak olub.
Skeletin döş tərəfində güllə fraqmenti aşkar edilib, yanında isə fransız sikkəsi olub.
DNT mütəxəssislərə yönəldilib və skeletin həqiqətən Dartanyana aid olub-olmadığı araşdırılır. (BBC)