Nigeriyada məscidə hücum nəticəsində ölənlərin sayı 50 nəfərə çatdı
Dünya
Nigeriyanın şimal-qərbində silahlı qrupların məscidə hücumu nəticəsində 50 nəfər həlak olub, daha 60 nəfər oğurlanıb.
News24.az xəbər verir ki, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına istinadən bildirib.
Hadisə avqustun 19-da Malumfaşi bölgəsinin Unquvan-Mantau yaşayış məntəqəsində səhər namazı zamanı baş verib.