Nigeriyada zəncirvari qəza - BAŞ VERDİ
Dünya
Oyo əyalətinin paytaxtı İbadanda sürücüsü sükan idarəetməsini itirən yük maşını Ojo-İvo yolunda sərnişin avtobusu və 2 nəqliyyat vasitəsinə çırpılıb.
News24.az bu barədə yerli mətbuata istinadən xəbər verir.
Nigeriya Milli Yol Təhlükəsizliyi Oyo Dövlət İdarəsindən verilən açıqlamada 16 nəfərin öldüyü, 17 nəfərin isə ağır yaralandığı bildirilib.
Açıqlamada yaralıların ətraf xəstəxanalara aparıldığı və ölənlərin sayının artacağı ilə bağlı narahatlıqların olduğu bildirilib.
Məryəm İlhamqızı