Nişanlandı, ad günündə öldü - Blogerin faciəli sonu

Nişanlandı, ad günündə öldü - Blogerin faciəli sonu Dünya

Nyu-Cersi ştatından olan 31 yaşlı influenser Eşli Robinson Zənzibar adasında doğum gününü qeyd edərkən faciəvi şəkildə həyatını itirib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Eşlinin nişan mərasimindən bir neçə gün sonra baş verib.

Məlumata görə, aprelin 9-da meyiti tapılan qadın hadisədən bir qədər əvvəl ailəsi ilə danışıb. Deyib ki, nişanlısı ilə çıxdığı səfəri planlaşdırıldığı kimi getmir.

İnfluenserin nişanlısı, 45 yaşlı Co Makken, doğum günündən iki gün əvvəl ona evlilik təklifi edib. Ailə üzvlərinin bildirdiyinə görə, cütlük təxminən bir il münasibətdə olub.

Ailəsi ilə son danışığında Eşli nişanlısı ilə ciddi mübahisə etdiyini bildirib. Mübahisələri o qədər ciddi olub ki, otel əməkdaşları onları ayrı otaqlara yerləşdiriblər.

Növbəti gün Eşlinin nişanlısı onun valideynlərinə zəng edərək qadının özünə nəsə etdiyini bildirib.

Əvvəlcə onun vəziyyətinin stabil olduğu deyilsə də, sonradan Eşlinin həmin gün vəfat etdiyi məlum olub.

Tibbi rəyə əsasən ölüm səbəbi boğulma və boyunun sıxılması nəticəsində beyin hipoksiyası olub. Hesabatda boyunda mənşəyi müəyyən edilməyən izin olduğu da qeyd edilib. Co Makken isə onun qapıda asılı vəziyyətdə tapıldığını deyib.

Mərhumun ailəsi intihar versiyasına inanmadıqlarını deyib. Alilə polis, otel işçiləri və həmin şəxsdən aydın izahat tələb edib.

Eşlinin anası qızının özünə zərər vermək üçün heç bir səbəbinin olmadığını, onun xoşbəxt olduğunu bildirib.

Ailənin şübhələrinə rəğmən, Zənzibar polisi Co Makken iş üzrə şahid kimi tanıyıb və pasportunu müvəqqəti olaraq müsadirə edib.