Bu ölkələr Ukrayna üçün birgə artilleriya sursatları - alacaqlar
Dünya
Norveç Ukrayna üçün birgə artilleriya sursatları almaq üçün İsveç və Danimarka ilə qüvvələri birləşdirməyə qərar verib.
News24.az xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyi məlumat yayıb .
"Sursat istehsalı ilə bağlı bu təşəbbüs iki səbəbə görə çox vacibdir. Birincisi, bu, Ukraynanın müdafiə mübarizəsinin dəstəklənməsinə mühüm töhfədir. İkincisi, bu, logistika və sənaye sahəsində Şimali əməkdaşlığın yaxşı nümunəsidir",-deyə Norveçin müdafiə naziri Bern Arild Qramm bildirib.
O, həmçinin əlavə edib ki, Ukrayna üçün artilleriya sursatına ehtiyac çox yüksəkdir.
Leyla SƏMƏNDƏR