Ödənişli "Telegram"-ın bu funksiyası - pulsuz oldu

Ödənişli "Telegram"-ın bu funksiyası - pulsuz oldu Dünya
Android üçün Telegram-ın beta versiyasında pullu olan hekayə funksiyası ödənişsiz olub.

News24.az xəbər verir ki, bununla belə, Telegram Premium abunəçiləri daha çox funksiya əldə edəcəklər.

Telegram-ın pulsuz versiyasının istifadəçiləri gündə cəmi üç hekayə paylaşa biləcəklər. Bundan əlavə, onlar həftədə və ayda müvafiq olaraq 7 və 30 hekayə ilə məhdudlaşdırılacaq.

Eyni zamanda, "Telegram Premium" abunəçiləri gündə 100-ə qədər Hekayə yerləşdirə biləcəklər. Üstəlik, messencerin baza versiyasının istifadəçiləri hekayələri profildə cəmi 24 saat saxlaya bilsələr, ödənişli abunəçilər 6, 12, 24 və 48 saat arasında seçim edə biləcəklər.

Aydan