İohannesburq şəhərində partlayış: - 41 nəfər ağır xəsarət aldı
Dünya
Cənubi Afrikanın İohannesburq şəhərindəki partlayışda 41 nəfər ağır xəsarətlər alıb.
News24.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Hautenq əyalətindəki qaz borularından birinin nasazlığı səbəbindən baş verib.
Partlayış yaşayış məntəqəsinə yaxın ərazidə olduğundan bir neçə binaya ciddi ziyan dəyib, o cümlədən magistral yolda dərin çuxur yaranıb.
Hadisədən sonra əraziyə mavi yanacağın verilməsi dayandırılıb, yaxınlıqda yerləşən binaların sakinləri təxliyə edilib.
Fərid Azəri