Onlayn alış-verişdə vergi və limitlər - DƏYİŞDİRİLDİ
Dünya
Türkiyənin Rəsmi Qəzetində dərc olunan Prezident qərarlarına əsasən, 4458 saylı Gömrük Qanununun bəzi maddələrinin tətbiqi ilə bağlı qərarla xaricdən gətirilən malların sabit vergi dərəcələri dəyişdirilib.
News24.az xəbər verir ki qərar bu gündən qüvvəyə minib.
Qərara əsasən, beynəlxalq sürətli yük alış-verişi limiti 150 avrodan 30 avroya endirilib. Avropa İttifaqından (Aİ) gələn yüklərin vergisi 18 faizdən 30 faizə, Aİ xarici ölkələrdən gələn yüklərin vergisi isə 30 faizdən 60 faizə yüksəlib.
4760 saylı Xüsusi İstehlak Vergisi Qanununa əlavə edilmiş IV nömrəli siyahıya daxil edilmiş mallardan yuxarıda göstərilən dərəcələrə əlavə olaraq 20 faiz birdəfəlik vergi tutulacaq. Əgər şəxs xaricə gedəndə bu məhsulları özü gətirirsə, heç bir tarifə daxil deyil.
Qeyd edək ki, məşhur və tez-tez istifadə edilən Çin e-ticarət platforması Temu, yeni tənzimləmə elan edildikdən sonra platformadakı səbət limitlərini yeniləyib. Şirkət minimum sifariş məbləğini 2000 TL-dən 670 TL-yə endirmək qərarına gəlib.
Məryəm İlhamqızı