Özdağ nazir olmaq istəyir - Kılıçdaroğlu ilə görüşün DETALLARI

Özdağ nazir olmaq istəyir - Kılıçdaroğlu ilə görüşün DETALLARI Dünya
“Daxili işlər naziri postunu istəyirəm, amma bu, Kılıçdaroğlunun 28 maydan sonra səlahiyyətləri daxilində digər partiyalarla danışacağı məsələdir”.

News24.az xəbər verir ki, bunu Zəfər Partiyasının lideri Ümit Özdağ deyib.

“Mən təbii ki, bunu istərdim, amma bu ayın 28-dən sonra Kılıçdaroğlu səlahiyyətləri daxilində digər partiyalarla da danışacaq. Bizim heç bir iştirakımız yoxdur. Numan bəylə çox konstruktiv söhbətimiz oldu. Mənə həll yollarını söylədi. Onun sözlərinə görə, 5 milyon suriyalı var. Bu, Daxili İşlər Nazirliyinin verdiyi rəqəmlərdən yüksək idi. O, geri qayıtmaları üçün Suriyanın şimalında layihələr həyata keçirdiklərini və onlardan 1 milyonunu geri göndərəcəklərini bildirib. Mən dedim: “Bu, orada yeni bir Əfqanıstan yaratmaq olardı. 1 milyon göndərməklə həll yolu tapa bilməzsiniz”. Bu məqamda danışıqlar dalana dirəndi.

CHP sədri isə 1 il ərzində 13 milyon qaçqın vətənlərinə qaytarılması təklifimizi qəbul etdi. Ona görə də biz çox açıq şəkildə Kamal Kılıçdaroğluna dəstək olmaq qərarına gəldik. Ərdoğanı uğurlu siyasətçi hesab edirəm. Sinan Oğandan incimirəm, onu sərt tənqid edirəm. Düşünürəm ki, o səhv seçim edib”, - Ü.Özdağ qeyd edib.

Turan