Pakistan Əfqanıstana zərbə endirdi

Pakistan Əfqanıstana zərbə endirdi Dünya

Pakistan Əfqanıstan ərazisində pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı və buraxıldığı məntəqələrə hava zərbələri endirib.

News24.az xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Ataulla Tarar “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Nazir Əfqanıstanı sentyabrın 23-də ölkə ərazisindən Pakistan istiqamətində PUA-ların buraxılması ilə əlaqədar ölkəsinin suverenliyini pozmaqda ittiham edib.

Buna cavab olaraq Pakistan Əfqanıstanda PUA-ların saxlanılması və buraxılması üçün istifadə edilən 10 məntəqəyə dəqiq hava və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.