Pakistan-Əfqanıstan sərhədində silahlı toqquşma – VİDEO/YENİLƏNDİ
Dünya
İlkin məlumatlara görə, Taliban qüvvələri bir neçə nöqtədə sərhədi atəşə tutub. Bu atışma nəticəsində Pakistan ordusu qarşı tərəfə güclü cavab verərək azı 30 Taliban döyüşçüsünü məhv edib.
News24.az xəbər verir ki, əməliyyat zamanı Taliban tərəfindən Pakistanın yoxlama-buraxılış məntəqələrinə yönəldilən kvadrokopter hücum cəhdləri də qarşısı alınıb və bütün düşmən dronları vurulub. Pakistan qüvvələri həm yüngül, həm də ağır silahlardan istifadə edərək sərhəddəki Taliban mövqelərini zərərsizləşdirib.
Həmçinin hava dronları vasitəsilə keçirilən zərbələr nəticəsində bir neçə Taliban yoxlama məntəqəsi və gizlənmə yerləri məhv edilib. Əməliyyatın intensivliyi qarşı tərəfi öz mövqelərini tərk etməyə məcbur edib. (aaj.tv)
**
Pakistan və Əfqanıstan sərhədində vəziyyət gərginləşib. İki ölkə arasında silahlı toqquşmalar qeydə alınıb. Pakistanın təhlükəsizlik qüvvələri Pakistan-Əfqanıstan sərhədinin bir neçə nöqtəsində Əfqanıstan Taliban qüvvələrinin “təxribat xarakterli atəşinə” cavab verib.
News24.az xəbər verir ki, bu barədə Pakistanın İnformasiya Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Taliban qüvvələri Xeybər-Paxtunxva əyalətində bir neçə sektorda atəş açıb. Bildirilir ki, Pakistan hərbçiləri dərhal və effektiv cavab verərək qarşı tərəfə ağır itkilər yetirib, bir neçə mövqe və texnikanı məhv edib.
Hadisə ilə bağlı Əfqanıstan tərəfinin rəsmi mövqeyi hələ açıqlanmayıb. (Reuters)