Pakistanda kilsələrə hücum EDİLDİ - FOTO

Pakistanda kilsələrə hücum EDİLDİ - FOTO Dünya
Pakistanın Pəncab əyalətində bir xristianın Qurana hörmətsizlik etdiyi iddiası ilə kilsələrə və xristian azlıqların evlərinə hücumlar təşkil edilib.

News24.az
"haber 7"-yə istinadla xəbər verir ki,Pəncabın müvəqqəti administrasiyası Faisalabad rayonundakı Jaranvala şəhərində baş verən hadisələrlə bağlı yüksək səviyyədə araşdırma aparılmasına göstəriş verib.

Pəncabdakı müvəqqəti administrasiya tərəfindən verilən açıqlamada, baş verən hadisələrin sülhü pozmaq üçün çox yaxşı düşünülmüş bir plan olduğu vurğulanıb.

Polis və axtarış-xilasetmə qrupları ən azı 4 kilsənin yandırıldığını, sakinlər isə ən azı 10 kilsənin zərər gördüyünü bildiriblər. Ərazidə yaşayan xristianlara məxsus evlər də hədəfə alınıb.

Hadisələrdən sonra təhlükəsizlik qüvvələri 129 nəfəri saxlayıb.

Aydan
Pakistanda kilsələrə hücum EDİLDİ - FOTO Pakistanda kilsələrə hücum EDİLDİ - FOTO