Pakistanın keçmiş baş nazirinə hökm oxundu

Pakistanın keçmiş baş nazirinə hökm oxundu Dünya

Pakistanın keçmiş Baş naziri İmran Xan 10 il müddətinə azadlıqdan məhrum edilib.

News24.az xəbər verir ki, bu barədə Geo telekanalı məlumat yayıb.

Bildirilib ki, eyni zamanda sabiq xarici işlər naziri Şah Mahmud Qüreyşi də həbs olunub.

Onlar dövlət sirrini yaymaqda ittiham olunurlar.

Xatırladaq ki, Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Pakistan hökumətinin keçmiş başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.

Xanla bağlı təhqiqat 2022-ci il martın 27-də Pakistanın Vaşinqtondakı səfirindən şifrlənmiş teleqram aldığını açıq elan etdikdən sonra başlayıb.

Mehriban Mirzəzadə