Partlayış oldu, iki sülhməramlı öldü – Bu ölkədə
Dünya
Livanın cənubunda baş verən partlayış zamanı BMT-nin iki sülhməramlısı həlak olub.
News24.az xəbər verir ki, BMT-nin Livandakı sülhməramlı missiyasının (UNIFIL) məlumatına görə, partlayış onların nəqliyyat vasitəsində baş verib.
Hadisə zamanı daha iki sülhməramlı yaralanıb.
Bu, son 24 saat ərzində ikinci belə hadisədir. Belə ki, bundan əvvəl Livanın cənubundakı kəndlərdən birində UNIFIL mövqelərindən birində mərminin partlaması nəticəsində bir sülhməramlı həyatını itirib. (Reuters)