Paşinyan ciddi “təmizləmə”lər aparacaq

Paşinyan ciddi “təmizləmə”lər aparacaq Dünya

Ermənistanın baş naziri Nikol Paşinyan bütün dövlət qurumlarında mühüm yeniliklər həyata keçirmək qərarına gəlib.

News24.az AzVision.az-a istinadən xəbər verir ki, hakimiyyətə yaxın mənbələrə istinad edən erməni KİV-lərinin yazdığına görə, yaxın vaxtlarda yalnız hakim “Vətəndaş müqaviəsi” partiyasında deyil, həm də hökumətin tərkibində kadr dəyişiklikləri gözlənilir.

“Son həftələr hökumətin tabeliyində olan qurumlarda vəziyyət son dərəcə gərgin olub: müxtəlif strukturlarda irimiqyaslı yoxlamalar aparılır, çoxsaylı sənədlər, o cümlədən əvvəlki illərin hesabatları və rəsmi yazışmaları tələb olunur, dosyelər toplanaraq Paşinyana şəxsən təhvil verilir”, - mənbələr vurğulayıblar.

Bununla belə, genişmiqyaslı “təmizləmə”nin nə qədər davam edəcəyi və onun episentrində kimlərin yer alacağının hələ bəlli olmadığı bildirilir.