Paşinyan-kilsə qarşıdurması yeni mərhələyə qədəm qoyub
Dünya
"Nikol Paşinyanın kilsəyə və katolikos II Qareginə qarşı elan etdiyi müharibə yeni mərhələyə qədəm qoyub: uzun sükutdan sonra din xadimləri əks-hücuma keçib”.
News24.az Modern.az-a istinadən xəbər verir ki, bu haqda “Hraparak” nəşri yazıb.
Bildirilib ki, Baş nazir Paşinyanın Patriarxlığa basqın edilməsi ilə bağlı bəyanatından sonra son günlər keşişlər kilsənin həyətində növbə çəkməyə başlayıblar.
Məlumata görə, kilsə nümayəndələri gündəlik olaraq social şəbəkələrdəki səhifələrində katolikosun ruhanilərin dəstəyini aldığını, hakimiyyətin kampaniyasına isə proporsional müqavimət göstəriləcəyini göstərən videolar dərc edəcəklər.