Paşinyana sui-qəsd hazırlayan şəxs həbs edildi - FOTO
Dünya
“Eerkrap” könüllülər birliyinin keçmiş sədr müavini Albert Bazeyan Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinərək həbs edilib.
News24.az xəbər verir ki, bu barədə onun vəkili Georgi Melikyan bildirib.
Melikyan qeyd edib ki, məhkəmə Bazeyan barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə qədərki vəsatəti təmin edib. O, 2 ay müddətinə həbs edilib.
Ukrayna Kommunist Partiyasının keçmiş vitse-prezidenti təqsiri qəbul etmir, özünü siyasi məhbus hesab edir.
Qeyd edək ki, daha əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yaymışdı ki, sentyabrın 23-də Bazeyan və “Səlibçilər” hərbi-vətənpərvərlik təşkilatının daha 7 üzvü hakimiyyəti ələ keçirməyə cəhd işi üzrə həbs edilib.
Akqabay