Paşinyan Almaniyadadır
Dünya
Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada səfərdədir.
News24.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Təyyarə Berlin Brandenburq beynəlxalq hava limanına enib.
Səfər heyətinə xarici işlər naziri Ararat Mirzoyan, iqtisadiyyat naziri Gevork Papoyan, həmçinin Ermənistan-Almaniya parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Vardanyan və digər rəsmilər daxildir.