Paşinyan Anna ilə barışdıqlarını təsdiqlədi
Dünya
“Anna ayrıldığını açıqlayanda mən bildirdim ki, bu qərara hörmət edirəm, amma onunla razı olduğumu deməmişəm”.
News24.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Təbii ki, bu məntiqdən çıxış edərək, sizin qeyd etdiyiniz hadisənin (barışıq — red.) baş verməsi üçün səylər göstərdim və bunun baş verməsinə sevinirəm. Ailəmizi qorumaq üçün mənə daha bir şans verildiyinə görə də şadam”, — deyə Nikol Paşinyan bildirib.