Paşinyan göbələk məsələsinə görə onu məhkəməyə verəcək

Paşinyan göbələk məsələsinə görə onu məhkəməyə verəcək Dünya

Ermənistanın baş naziri Nikol Paşinyan “Güclü Ermənistan” Partiyasının lideri Samvel Karapetyanı bugünkü açıqlamalarına görə məhkəməyə verəcəyini bildirib.

News24.az xəbər verir ki, Paşinyan bu barədə sosial şəbəkə hesabında keçirdiyi canlı yayım zamanı danışıb.

“Mən, əlbəttə ki, onu məhkəməyə verəcəyəm və hüquqi mənada ona bir ton həmin göbələklərdən "yedirdəcəyəm". Kobud ifadəyə görə üzr istəyirəm, amma hər şeyin bir həddi var”, – deyə baş nazir bildirib.

Qeyd edək ki, ev dustaqlığında olan müxalif “Güclü Ermənistan” Partiyasının lideri Samvel Karapetyan cümə axşamı keçirdiyi brifinqdə iddia edib ki, Paşinyan ötən il Çinə səfəri zamanı bəyəndiyi hallüsinogen göbələklərdən təxminən bir ton alaraq Ermənistana gətirib. /Sputnik Ermənistan/